Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Generalı izahat üçün ölkəsinə çağırıblar


ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı, general Stanley McChrystal bir jurnalda çap olunan müsahibəsinə görə izahat üçün ölkəsinə çağırılıb. Medianın məlumatına görə general "Rolling Stone" jurnalına müsahibəsində prezident Obamanın hökumətini tənqid edibmiş.

Artıq general buna görə üzr istədiyini bildirib, amma əlavə edib ki, onun fikirləri düzgün yozulmayıb. General Stanley McChrystal adından yayılan bəyanatda bildirilir ki, onun prezident Obamaya və indiki hökumətə “sonsuz hörməti var və onların siyasətini bəyənir”.

ABŞ mediasının məlumatına görə general Stanley McChrystal jurnala verdiyi müsahibəsində xüsusilə vitse-prezident Coe Baydenin Əfqanıstan münaqişəsinə yanaşmasına sarkazmla cavab verib. Bundan əvvəl Bayden həmin generalın Əfqanıstan strategiyasına inanmadığını bildirib.
XS
SM
MD
LG