Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Lukaşenko Avropaya gedən qazı kəsdi


Belorus prezidenti Aleksandr Lukaşenko onun ölkəsinin ərazisi ilə Avropaya Rusiya qazının nəql edilməsini dayandırmağa göstəriş verib. Rusiyanın “Gazprom” şirkəti borca görə son iki gündə Belorusa verdiyi qazın həcmini 30 faiz azaldıb. Lukaşenko da buna cavab olaraq belə addım atdığını deyib.

Lukaşenko bu barədə qərarını Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşündən sonra elan edib. Belorus prezidenti iki ölkə arasında borc mübahisəsinin “qaz müharibəsi”nə çevrildiyini bildirib.

“Gazprom” Belorusun ona 200 milyon dollara yaxın borcu olduğunu bildirib. Amma Belorus prezidenti hesab edir ki, Rusiya Ukrayna və başqa ölkələrə olduğu kimi, onlara da qazın qiymətində güzəştə getməlidir.

Rusiyanın Avropaya qaz ixracının 20 faizə yaxını Belorus ərazisindən istifadə etməklə həyata keçirilir. Dünən “Gazprom” Qərbdəki müştərilərini əmin edirdi ki, əgər Belorus qazı kəssə, Ukraya ərazisi ilə ötürdüyü qazın həcmini artıracaq.
XS
SM
MD
LG