Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02
Daily Telegraph

Nərə balığı həddən çox tutulduğundan sayı təxminən 90 faiz azalıb. Nərə kürüsünün qiyməti isə 7 dəfə artıb. İndi nərə kürüsünün bir kilosunun qiyməti 10 min avrodur (8350 funt). Başqa sözlə, bir kürü sendviçi üçün 835 funtluq kürü lazımdır.

MƏŞHUR KÜRÜ NÖVÜNUN 3-Ü XƏZƏRDƏDİR


Kürünün daha çox məşhur olan 3 növü - Ağ, nərə və uzunburun balıqların kürüsüdür. Bu balıqların 80 faizi Xəzər dənizindədir. Az miqdarda Qara dənizdə də var. Ancaq indi onların sayı çox azalıb. Hətta kürünün ixracına qoyulan qadağa belə onların sayının artmasına səbəb olmur.

Qazaxıstan çıxış yolu kimi Xəzər sahili ölkələrə - Azərbaycan, Türkmənistan, İran və Rusiyaya nərə balığının tutulmasına 10 illik moratorium qoyulmasını təklif edib. Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev deyir ki, Xəzərin nərə ehtiyatının bərpası 15 ilə qədər vaxt apara bilər. Xəzərsahili ölkələr isə nərə kvotası ilə bağlı razılığa gələ bilmirlər. Bu da kürünün ixracına maneələr yaradır. Nəticədə qiymət xeyli qalxır.
«Bir sendviç üçün 1000 avroluq kürü lazımdır. Bu gülməlidir. Hətta kürü aşiqləri belə bu qədər pul xərcləyə bilmirlər»

1 SENDVİÇDƏ 1000 AVROLUQ KÜRÜ

Cenevrədəki Kürü Evinin rəhbəri Piter Rebez deyir ki, indi kürünün bir kilosunun qiyməti 10 min avroya gəlib çatır:

«Bir sendviç üçün 1000 avroluq kürü lazımdır. Bu gülməlidir. Hətta kürü aşiqləri belə bu qədər pul xərcləyə bilmirlər».

20 il əvvəl kürünün bir kilosunun qiyməti 1500-2000 avro olanda Rebez Xəzər dənizindən tutulmuş nərə balığının kürüsünün satışı ilə məşğul olurdu. Ancaq ötən ildən başlayaraq o, süni yetişdirilmiş kürü satır. Bu da onun müştərilərini xeyli itirməsinə gətirib çıxarıb. İllərlə əsl kürü yemiş adamlar indi süni kürüyə öyrəşə bilmirlər.

Rebez deyir ki, hələ də əsl kürü tapmaq mümkündür. Ancaq o, ya qaçaqmalçılıq yolu ilə gətirilmiş olacaq, ya da keyfiyyəti böyük şübhələr doğuracaq.

SÜNİ KÜRÜ DAHA UCUZDUR

Bu gün Avropada satılan kürünün böyük əksəriyyəti Avropa və Amerika fermalarında yetişdirilən süni kürüdür. Belə kürü isə təbii kürünün yarı qiymətinə satılır.

Təbii kürünün ixracına 1998-ci ildən – «Yox olmaq təhlükəsi altında olan heyvan növlərinin beynəlxalq ticarət haqqındakı konvensiyaya» əsasən kvotalar qoyulub. Məhz həmin il nərəkimilərin yox olmaq təhlükəsi altında olduğu müəyyənləşdirilib.

Nərəkimilər dünyanın ən qədim balıqlarındandır. Onlar hətta 200 milyon il bundan əvvəl dinozavrların mövcud olduğu dövrdə yaşayıblar. Nərə balığı 150 il yaşaya bilər. Böyüyüb 6 metrə qədər uzana bilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG