Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Ali Məhkəmə, Apellyasiya və Konstitusiya Məhkəməsinin hakimləri təsdiq edilib


Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilmiş iclasında Ali və Apelyasiya məhkəmələrinin hakimlərinin təsdiq olunması ilə bağlı məsələ müzakirə olunub.

Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov öncə bildirib ki, son illər Azərbaycanda uğurlu məhkəmə islahatları həyata keçirilib.

Onun sözlərinə görə, Ali Məhkəmənin hakimi vəzifəsinə 22, Apelyasiya Məhkəmələrinin hakimi vəzifəsinə isə 49 nəfərin namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra namizədliyi irəli sürülmüş şəxslər hakim kimi təsdiqləniblər.

Bu gün Konstitusiya Məhkəməsinin yeni hakimləri də təsdiqlənib. Əli Hüseynov layihənin Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib.

Konstitusiya Məhkəməsinin 9 hakimi var və onlar 15 il müddətinə seçilirlər. Konstitusiya Məhkəməsi bu günədək 176 qərar qəbul edib. Ə. Hüseynov Konstitusiya Məhkəməsinin yeni seçilən 6 üzvünün adını açıqlayıb və hakimlər 103 səs lehinə olmaqla təsdiq olunublar. Sonra Hakimlər Milli Məclisdə deputatlar qarşısında and içiblər. Xəbəri Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsi yayıb.

Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimlər bunlardır: Ələddin Sultanov, Eldar Məmmədov və Bəhmən Qəribovdur. Onlar səlahiyyət müddətləri bitdiyi üçün yenidən Milli Məclis tərəfindən təsdiqlənməyiblər. Onların yerinə Kamran Şəfiyev, Ceyhun Qaracayev və Rövşən İsmayılov təsdiqlənib.
Konstitusiya Məhkəməsinin hazırkı hakimləri Fikrət Babayev, Rafael Qvaladze və Sona Salmanovanın da namizədliyi parlament tərəfindən qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG