Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

«Əkrəm Əylislinin özünü təmizləmək cəhdlərini ürək ağrısı ilə izləyirəm…»


Yazıçı Zümrüd Yağmur: «Bu gün yazar olmaq iddiasında olan hər kəs ölkəsində baş verənlərə münasibət bildirməlidir»

- Zümrüd xanım əslində ədəbiyyata 90-cı illərdən gəlməyinizə baxmayaraq, bir az geri çəkildiniz arada sanki...

- Geri çəkilməm oldu, düzdü, amma tam çəklimədim, sadəcə bir az başqa vəzifələrim yaradıcılığımın qarşısına keçdi, təbii öz istəyimlə.

Övladlarımın tərbiyəsini yaradıcılığımın kölgəsinə salmaq istəmədim, çünkizğnki mən üzlğyğmdə yazaram, onlara gürəsə anayam.

Amma yazmaqdan qalmamışam, xeyli hekayə və “Palıd haqqında əfsanə” romanımı yazmşam bu illər ərzində.

- Romanınız bildiyim qədər çap olunmayıb amma...

- Yox, olunmayıb...

- Niyə?

- Azərbaycanda cox yazarın üz-üzə qaldığı problem, maddi problemlər üzündən təbii ki.

Sonra geri dönüşü hekayələr kitabımla etdim, bilirsiz yəqin, “Günahkarın ölümü” adlı kitabımı nəşr etdirdim.

Yaxınlarda “Qayıdış” adlı başqa bir romanımı çap etdirməyi düşünürəm. “Palıd haqqında əfsanə” romanımı da imkan olsa bundan sonra...

- Zümrüd xanım, sizin yazarlığınız əslində ədəbi yazılarla məhdudlaşmır, həm də “Azadlıq” qəzetində köşə yazırsınız, bu sizin siyasətə girməniz deməkdir...

- Yox, siyasətə girmək deyil, sadacə mən düşünürəm ki, bu gün yazar deyib azad düşüncə sahibi olmaq iddiasında olan hər bir kəs ən azından yazıları ilə ölkəsində baş verənlərə münasibət bildirməlidir, axra planda qalıb ya da miskincə susmaq, yaltaqlanmaq yazar adı ilə yanaşı çox rəzil görünür.

- Belələri də az deyil…

- Bilirəm, amma bu hər kəsin öz seçimi, mənim də seçimim bu, yazmaq və yaltaqlıq, miskinliyə ikrahla yanaşmaqdır.

- Bu gün ədəbiyyatda səs-küy çoxdur sanki, bir az da elə bil çox qışqıran, belə demək mümkünsə söyən daha önə çıxır, sizsə qalmaqallara qarışmırsınız, axı belə etməyəndə də bir az kölgədə qalmayacaqsınız...

- Dediklərinizlə razıyam, bu gün ədəbiyyata siyasətimizdə olduğu kimi qışqıranlar xeyli çoxalıb, yaxınlarda Ramiz Rövşən demişdi ki, kim bərk qışqırırısa, demək istedadı yoxdu.

Mən də bunula razıyam, yazar yazıları ilə gündəmdə olmalıdır, aktyor sayağı reklamlarla deyil.

Mən qalmaqallara qarışmıram, qarışmaq da fikrim yoxdur. İstedad varsa qışqırmağa, qalmaqalla gündəmə gəlməyə ehtiyac duymuram, yazılarıma inanıramsa bunu niyə edim ki...

- İndi ədəbiyyatımızın durumu ilə razısınız?

- Nəsrimizidə yaxşı nümunələr var, amma poeziyamızın vəziyyəti sərt olsa da deyəcəyəm ki, bərbaddır, yaxşı nümunələr var, amma çox azdı.

- Yaşlı nəsli tənqid edirsiniz, niyə, nə qane etmir sizi?


- Səxsimə yönəlik hec bir problemim yoxdur. Mənim Anarla onu tənqid edənə qədər münasibətlərim çox yaxşı olub.

Anar mənim istedadlı olduğumu və nə lazımdırsa kömək etməyə hazır olduğunu da əvvəllər görüşdükdə dəfələrlə deyib.

Mən özüm üçün kömək əldə edə bilərdim, amma istədiyim bu deyil, istədiyim elə bir cəmiyyətdir ki, hamı özünü realizə edə bilsin və kimsənin də köməyinə ehtiyacı olmasın.

Yaşlı yazarlar bu cəmiyyətin yaranmasına əngəl olanların yanındadrlar.

Qısa desəm, mənim tənqid hədəfim budur, başqa bir şey deyil. Anar, Elcinin bu hakimiyyətin məmurlarına dönüb məzlumlaşmasına acıyıram doğrusu, Mövlud Süleymanlının “yoxa” çıxmasına təəssüflənirəm, Əkrəm Əylislinin özünü təmizləmək cəhdlərini ürək ağrısı ilə izləyirəm, o qədər...

- Yaxınlarda kimi oxumusunuz...

- Son dövrdə çıxan gənc yazarlarımızı oxumuşam, Pərvizin “Yad dildə”sini üstün tuturam, yaxınlarda ədəbiyyat saytlarından birində Həmid Herisçini şerlərini oxudum, axrınçı oxuyub zövq ala bildiyim şerlərdi...

- Bəs qadın yazarlardan kimi oxuyursunuz...

- Həyatda olan qadın yazarlarımızın içində Afaq Məsudun əsərlərini həmişə oxumuşam.

Yaxınlarda da Sevinc Pərvanənin “Şəhər” romanını oxudum. Əsərdə mahiyyət yoxdu, zahiri və bir də qaba yanaşmalar var.

Elə romanın dərc olunduğu kitabda oxuduğum hekayələrdən də deyə bilərəm ki, bu roman yazarın potensiyalı deyil.

Çünki eyni kitabda “Səssiz” hekayəsi vardı, məncə o kiçik hekayə daha effektli idi. Cavidanı, Xuraman Hüseyinzadəni, ədəbiyat saytlarında dərc olunana onlarla qadın yazarı...

Əlavə edim ki, ədəbiyyatda, başqa sahələrdə olduğu kimi peşə sahiblərini cinsinə görə ayırmağın da tərəfdarı deyiləm.

Yazar cinsiyəti ilə deyil, yazıları və xarakteri ilə dəyərləndirilməlidir, elə başqa peşələrdə çalışanlar da...

- Pərvizin “Yad dildə”sini niyə üstün tutursunuz ki...

- Ədəbiyyat yarandığı ölkənin, məkanın, yazarın mənsub olduğu xalqın güzgüsüdür həm də, xüsusən sosial romanlar.

“Yad dildə” bu baxımdan bizim indiki durumumuzun güzgüsüdür.

Digər tərəfdən müəllifin yazı üslubu, tərzi, yanaşmalarındakı dərinlik o qədər ahəngdir ki, romanda hadisələr daha çox inqilab ruhlu adamları özünə cəlb edə bildiyi kimi sıravi oxucuya da maraqlıdır.

- İndi zahirə üstünlük verən ədəbiyyatdan fərqli olaraq daha cox daxili dirəniş var sizin yazılarınızda, qorxmursunuz ki, bu indinin oxucusunu yorsun...

- Bilirsiniz, mən anlaya bilmirəm niyə bu düşüncə formalaşıb ki, ədəbiyyat bütün dünyada bayağılşıb, fiziksəlləşib, ya da nə bilim zahiriləşib...

Bizdə hər şeydə bayağılaşma gedibsə bunu dünyanın da adına sırımaq lazım deyil.

Ona qalsa bu gün Azrbaycan siyasətindəki eybəcərlikləri, əxlaqsız yanaşmaları əsas götürüb demək olar ki, siyasət də eynən hər yerdə belədir. Dünyanın hər yerində «qara piar»dan bizdəki kimi ən murdar formada istifadə edirlər...

Ciddi sənət, ədəbiyyat həmişə olduğu kimi, indi daha cox əyləncəyə yuvarlanmış dünyanın hətta indiki durumunda da var. Xarici ədəbiyyata baxın, bəzən ən qısa hekayədə insanlığın taleyinə təsir edəcək məsələlərə toxunulur.

Məgər kimsə indiyə qədər bir filmin adını çəkə bilər ki, bayağıdır, zəifdir, amma tutaq ki, ən böyük mükafatı, Oskar alıb, yox... Demək dünya bizim özümüzə tanıtmaq istəndiyimiz kimi deyil.

Sadəcə klassik romanlarda hətta bir kəpənəyin qanad açmasına səhihələr sərf olunurdusa bu gün bu qanad çalmaya yüyrək yanaşılır, vəssalam. Sürətlənmə və qısalma bəsitləşmək, bayağılaşmaq deyil.

Ona görə də qorxum yoxdur.

Yəni indi, şouya meyillənmiş, dəyərlərini sanki fiziksəlləşdirən, gündəlik həzzə endirən xalqın içində ədəbiyyat oxuyan tapılmayacaqmı, bunu düşünmək əslində elə Azərbaycanın vəziyyətinə tam ümidsiz olmaq deməkdir.

İndi bayağı, qaba, ədəbsiz ifadələrlə yazmaq elə bil ədəbiyyatın da şoulaşdırılmasına təkan verib, amma bunlar keçicidir.

Necə bu gün musiqimizin “kralar və kraliçaları” sabah olmayaçaq, ədəbiyyatda da eynən...

Dünyanın sonuna kimi xeyir və şərin mübarizəsi olacaq, bu dünyanın mahiyyətində mövcuddur, eynən bayağılıqla ciddilik də belədir.

- Klassik roman dediniz, ən çox sevdiyiniz yazar kimdir?

- Əslində klassik roman müəliflərinin çoxunu oxumuşam, amma Dostayevskinin mənim üçün yeri başqadır. İnsanı bilmək, tanımaq istəmək Dostayevskini sevmək deməkdi məncə...

- İndi nəsə yazırsınızmı?

- Yeni roman yazmağa başlamışam, “Qadın olmaq” adlanır...

- Feminist ruhda olaçaq yəqin.

- Yox, qətiyyən, bu gün Azərbaycanda kişi və qadınların qarşıdurması yoxdu, köhnəliklə həyatımıza daxil olan yeni ictimai və insani münasibətlərin qarşıdurması var, ona görə də mən feminizmi deyil.

Dəyərlərimizi, hələ də kişi və qadın arasında gərəksiz divarlar hörən, bu divarın nəticəsində kişi və qadınlarımızın bir-birinə maskalı münasibətinin ailələrimizdəki yadlaşmanın səbəbi olmasını, Azərbaycanda qadın olmanın yükünü, bu yük ağırlığı ilə yad münasibət altında əzilən qadınlarımızın taleyini, bunun mahiyyətini, kişilərə onları daha üstün edən qanunların tanınmasının əslində ailə münasibətlərimizin indiki məqamda məhvə sürükləməsini yazmaq istəyirəm.

Bir də ki, qadınlarımızın bu qədər əzik durumda olmasının səbəbkarı tək kişilər deyil ki..."

"Bizim yol"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG