Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

Məhkəmə sədrlərinin iki dəfədən artıq seçilməsinə yasaq götürüldü


Milli Məclisin iyunun 22-də keçirilən iclasında «Məhkəmələr və hakimlər haqqında» qanuna əlavə və dəyişiklik edilib. Əsas dəyişiklik məhkəmə sədrlərinin səlahiyyət müddətlərinə aiddir. Sədrlərin 2 dəfədən artıq seçilməsinə yasaq aradan qaldırılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin adları dəyişdirilib. Bu qurumlar Ağır Cinayətlər Məhkəməsi və Ağır Hərbi Cinayətlər Məhkəməsi adlandırılıb. Həmin məhkəmələr regionlarda yaradılacaq.

Məhkəmələrin hansı regionlarda yaradılmasını dövlət başçısı müəyyən edəcək. Regionlarda bu məhkəmələr yaradılana və hakimlər təyin edilənə qədər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin səlahiyyətləri davam edəcək.

Qanunda başqa dəyişikliyə görə, 2011-ci ildə yaradılacaq inzibatı və iqtisadi mübahisələrə baxan məhkəmələr inzibatı-iqtisadi məhkəmələr adlandırılacaq. /Mediaforum/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG