Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Əzizbəyov və Sabunçu dairələri arasındakı yol bağlanıb


İyunun 22-də və 23-də Bakı-aeroport yolunda Sabunçu dairəsindən və Böyük Şor dairəsi (keçmiş Əzizbəyov dairəsi) istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.

“Azəravtoyolservis”-in məlumatına görə, nəqliyyatın hərəkəti Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində Böyük Şor yol qovşağının ikinci kompleksinin istifadəyə verilməsi üçün son tamamlama işlərinin aparılması ilə bağlı dayandırılıb.

Yolun bağlanması nəticəsində iyunun 22-də səhərdən paytaxtın şimal və şimal-qərb istiqamətindəki bütün yollarda böyük tıxaclar yaranıb.

XS
SM
MD
LG