Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini pisləyir və mənasız itkilər üçün kədərlənirlər. Həmsədrlərin bazar ertəsi yaydığı bəyanatında deyilir ki,

«Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin məlumatına görə, iyunun 18-dən 19-na keçən gecə təmas xəttinin şimali hissəsində insan tələfatına səbəb olmuş silahlı insident baş verib. Bu cür insident 1994-cü ilin atəşkəs razılaşmasının qəbulolunmaz pozulmasıdır və tərəflərin güc istifadəsindən və gücdən istifadə etmək təhdidlərindən çəkinməyə dair elan etdiyi öhdəliyə ziddir».

Bəyanatda bildirilir ki, insident Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin dəvəti ilə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına dair danışıqlarını davam etmək məqsədi ilə keçirilən görüşündən sonra baş verib.

«Xüsusən bu anda hərbi gücdən istifadə sülh prosesinə ziyan vurmaq cəhdi kimi qiymətləndirilə bilər».

Həmsədrlər tərəfləri təmkinlilik nümayiş etdirməyə və əhalini müharibəyə yox, sülhə hazırlamağa çağırıb.

«Həmsədrlər bir daha təsdiqləyib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə bir variant deyil».

Həmsədrlər tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə hərtərəfli əməkdaşlığa və monitorinq fəaliyyətinə maneə törətməməyə də çağırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG