Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:22

ABŞ terrorla mübarizədə Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır


Türkiyə Prezidenti Abdullah Gül bu gün ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda PKK terroruyla mübarizə tədbirləri müzakirə edilib.
Şənbə günü Türkiyənin Hakkari bölgəsində PKk terrorçularının hücumu nəticəsində 12 türk əsgəri həlak olub, 16-sı da yaralanıb.

Türkiyə Ordusunun Baş qərargah rəisi İlkər Başbuş bildirib ki, ordu terrorun kökünü kəsmək üçün əlindən gələni edəcək, amma siyasi hakimiyyətin də bu yolda müəyyən işlər görməsi lazımdır.

Avropa Bİrliyi verdiyi bəyanatda hücumu qınayıb və PKK-nın terror hücumlarıilə etnik problemi həll etməsinin mümkün olmadığını vurğulayıb.

ABŞ-ın Türkiyədki səfiri Cefri Ceyms isə bəyan edib ki, Vaşinton terrorla mübarizə üçün təcili şəkildə Ankaradan gələ biləcək istəniıən yardım çağırışını ctəmin etməyə hazırdır.

Şənbə günü baş verən hücumlardan sonra TÜrkiyə Ordusu bölgədə geniş əməliyyatlara bsşlayıb.
XS
SM
MD
LG