Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09
«Hakimiyyət istəsəydi, Pənah Hüseyni parlamentə buraxmazdı».

Deputat Pənah Hüseyn «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, hakimiyyətyönlü adamların artıq deməyə sözü qalmayıb:

«Seçkiyə dəyişiklik etməkdə onların məqsədi odur ki, seçki kampaniyası getməsin».

Pənah Hüseyn bildirir ki, parlamentdə baş verənlər gözbağlayıcı oyuna çevrilib:

«Demokratik seçkinin keçirilməsi siyasi fəallıqdan asılıdır. Azərbaycan siyasi səhnəsi Müsavat deputat qrupu olmasaydı, başqa cür olardı».

Pənah Hüseynlə müsahibədən bəzi sitatlar:

- Son 20 ildə bizim 3 qanun layihəmiz komitələrdə müzakirə olunub. Hər dəfə YAP çoxluğu tərəfindən rədd olunub.

- Mən özümü həmişə xalqın içində hiss etmişəm.

- Müxalifət partiyaları birləşsə, hansısa siyasi dəyişiklik gözləmək olar.

İsa Qəmbər parlament seçkisində qalib gəlmişdi, sadəcə nəticə başqa cür yazıldı.

- Rəsmi rəqəmlərə görə, seçkilərdə müxalifətin qazandığı səs YAP-ın səsindən çox idi.

- Veteranlaşmış siyasətçilər siyasətşünaslığa keçirlər.

- Əliyevlər rejimi nə edibsə edib. Bundan artığını edə bilməz.

- Səsi yuxarıdakılara eşitdirmək mümkün deyil, onlar qulaqlarını tıxayıblar. Onları götürüb yerə qoymaq lazımdır, onda eşidəcəklər.

- «Torpaqları AXC-Müsavat satıb» demək, səviyyəsizlikdir.

- Mən sözün əsl mənasında xalqçıyam.


/Hazırladı: Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG