Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Qırğızıstanda hökumət qoşunlarının reydi zamanı dah 2 nəfər öldürülüb


Qırğızıstanda hökumət qoşunlarının bugünkü reydləri zamanı 2 nəfər öldürülüb, 17 nəfər yaralı var. Şşəhər rəsmilərinin açıqlamalrına görə, Oş şəhəri yaxınlığındakı özbək məskənlərinə reyd zamanı əsgərlərə atəş açılandan sonra ordu da cavab atəşi açıb.

Burda daha öncə etnik özbəklər və qırğızlar arasındakı toqquşmlarda 208 nəfər həlak olub, minlərlə adam yaralanmışdı. OŞda başlanan toqquşmlar üzündən 400 min adam evlərini tərk edib, onlardan 100 mini Özbəkistana qaçıb.

AzadlıqRadiosunun hadisə yerindəki müxbiri Bryus Pannierin sözlərinə görə, Oş yaxınlığındakı Nərimanda həmçinin hökumət qoşunları tərəfindən plümcül döyülənlərə də rast gəlib.

Hökumət bildirir ki, hərbçilər əraziyə fövqaladə vəziyyət rejiminə necə əməl olunduğuna nəzarət eləmək, gizli silah anbarlarını aşkarlamaq üçün reydə çıxıbmış.

Bu arada Qırğızıstanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi bəyan edib ki, etnik toqquşmaların qızışmasında şübhəli bilinən 20 nəfəri həbs ediblər. daha 90 nəfər barəsində isə qətllər və xüsusi zorkılıqla bağlı axtarış élan edilib.
XS
SM
MD
LG