Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52

Rüstəm İbrahimbəyovun filmi Parisdə


İyunun 16-da Paris meriyasında «Kabusun gözlərilə» adlı Azərbaycan-Fransa birgə filminin premyeraöncəsi nümayişi olub. Tədbirdə filmin yaradıcıları da iştirak edib.

Bu barədə Turana Rüstəm İbrahimbəyovun Fondundan bildiriblər.

Fransa mədəniyyəti və ictimaiyyətinin görkəmli nümayəndələrinin də iştirak etdiyi nümayişdən sonra filmin ssenari müəllifi, rejissoru və prodüseri Rüstəm İbrahimbəyov və baş rolların ifaçıları - Rişar Marten, Mələk Abbaszadə, Fatimə İbrahimbəyova, Şükufə Yusubova və Georgi Brayevlə görüş keçirilib.

Çıxışlarda Azərbaycan və Fransa kinematoqrafçılarının işini birləşdirən və müasir dünyanın aktual məsələlərindən bəhs edən film yaradılmasının mədəni, ictimai və siyasi əhəmiyyəti qeyd edilib.

Film 1990-cı ilin yanvarında gənc müstəqil dövləti dəstəkləmək üçün Bakıya gələr Fransa aktyorunun (Rişar Marten) taleyindən bəhs edir.

Filmin Bakıda və Moskvada da təqdimatı olacaq. (Turan)

Günün bütün mövzuları

XS
SM
MD
LG