Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:57

Azərbaycanda quduzluq yayılır


Dövlət Baytarlıq Xidməti Kür və Araz çaylarının ətrafında daşqınlar altında qalmış zonadan indiyədək 132 baş iri buynuzlu, 205 baş xırda buynuzlu mal-qara və 24 min quş cəsədini yığaraq xüsusi yerlərdə yandırıb. Heyvanların cəsədləri olan ərazilər tam dezinfeksiya edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin artımı müşahidə edilir:

«Quduzluq xəstəliyinin artımı daha çox sel suları basmış zonalarda müşahidə olunur. Xəstəliklə bağlı vaksinasiya aparmaq üçün Dövlət Baytarlıq Xidməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına müraciət edib. Yaxın zamanda Azərbaycana vaksinlərin göndərilməsi gözlənilir». /TURAN/
XS
SM
MD
LG