Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:00
«Parlament seçkilərini izləmək üçün Azərbaycan hökumətindən dəvət almışıq və bu dəfə də seçkiləri izləmək üçün müşahidə missiyası göndərəcəyik».

APA-nın verdiyi məlumata görə, bu sözləri AŞ PA prezidenti Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında söyləyib.

O, AŞ PA Bürosunun səhər keçirilən iclasında Azərbaycana 30 nəfərlik nümayəndə heyəti göndərmək barədə qərar qəbul edildiyini xatırladıb:

«Bununla bağlı bir komitə yaratmağı qərara aldıq. Bundan başqa seçkilərə bir ay qalmış ölkəyə beş nəfərdən ibarət seçkiöncəsi müşahidə missiyası da göndərəcəyik. Bu da bizə ölkədəki parlament seçkilərinin keçirilməsinin keyfiyyəti haqda daha ətraflı məlumat almağa imkan verəcək».

Şərhləri göstər

XS
SM
MD
LG