Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Elçin Behbudov həbs olunmuş aksiyaçılarla görüşüb


Bu gün İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov “Azadlıq” blokunun şənbə aksiyası zamanı Bakı polisi tərəfindən inzibati qaydada cəzalandırılmış Mənsum Bayramov, Dəyanət Babayev, Mikayıl Məmmədov, Rəşadət Axundov və Rövşən Nəsirli ilə görüşüb.

Elçin Behbudovun verdiyi məlumata görə, Rəşadət Axundov və Rövşən Nəsirli Səbayel rayon 8-ci polis bölməsində onlarla “qeyri-insani rəftardan” şikayətləniblər. Buna görə də o həbs olunanların şikayətləri ilə bağlı paytaxt polisinin rəisi Rafiq Abbasova müraciət edib.

İyunun 19-da “Azadlıq” blokunun aksiyasında Mənsum Bayramov, Dəyanət Babayev, Mikayıl Məmmədov və Rəşadət Axundov Səbayel Rayon Məhkəməsi tərəfindən 10 sutka, Rövşən Nəsirli isə 15 sutka azaldıqdan məhrum olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG