Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:26

Hərçilər Oşda barrikadaları sökür


Qırğızıstanın Oş şəhərində hərbçilər zirehli texnikaların köməyi ilə etnik özbəklərin şəhərin məhəllələrində qurduqları barrikadaları dağıtmağa başlayıblar.

Məlumatlara görə bir sıra məhəllələrdə hərçilərə yerli özbəklər də kömək edir.

Hakim dairələr hesab edir ki, Qırğızıstanın cənubunda etnik zəmində baş vermiş toqquşmalarda 2 minədək adam ölə bilər.

Səhiyyə Nazirliyi hələlik indiyətək 192 adamın əlümünü təsdiqləyib.

Bu iştişaşlarda 300 mindən artıq etnik özbək ev-eşiyini tərk etməli olub.

Onların təxminən 100 mini qonşu Özbəkistanda məskunlaşdırılıb.

Oş və ətraf qəsəbələrdə komendant saatı iyunun 25-dək uzadılıb.
XS
SM
MD
LG