Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

Rusiya Azərbaycandan istənilən qədər qaz almağa hazırdır


Rusiyanın “Qazprom” şirkəti Azərbaycanın təklif etdiyi qazın hamısını almağa hazırdır.

Bunu “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Sankt-Peterburqda keçirilən iqtisadi forumun yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, bu il yanvarın 1-dən Azərbaycandan Rusiyaya qaz verilməsinə başlanıb.

İlkin olaraq ixrac 0,5 mlrd kubmetr olsa da, sonradan tərəflər onu iki dəfə artırmaq razılığına gəliblər.

Bu il Rusiya Azərbaycandan 1 mlrd kubmetr, 2011 ildə isə 2 mlrd. kubmetr qaz alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG