Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

İrana qarşı yeni sanksiyalar Pakistana ziyan vura bilər


İrana qarşı tətbiq edilmiş yeni sanksiyalar Pakistanın enerji şirkətlərinə ziyan vura bilər.

Bunu iyunun 20-də İslamabadda Birləşmiş Ştatların xüsusi elçisi Riçard Holbruk deyib.

Holbruk xüsusilə qeyd edib ki, Pakistan iki ölkə arasında qaz kəmərinin tikintisiylə bağlı layihəyə ehtiyatla yanaşmalıdır.

Çünki ABŞ Konqresi hazırda Tehrana qarşı yeni sanksiyaları müəyyənləşdirir və burda hədəflərdən biri İranın enerji sektorudur.

Buna görə də Pakistan məsələyə ehtiyatla yanaşmalı, gözləməlidir.

İranla Pakistan bu ilin martında iki ölkə arasında qaz kəmərinin tikintisiylə bağlı razılaşma imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG