Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45
İran Azərbaycanının tanınmış fəalı İbrahim Savalan (Rəşidi) ETTELAAT əməkdaşları tərəfindən həbs olunub. Bunu AzadlıqRadiosuna fəalın qardaşı Cəlal Rəşidi deyib:

«İyunun 14-də bacımın evinə gedərkən onu yolda həbs ediblər. İki gün haqqında heç bir məlumat əldə edə bilməmişik. Yalnız iki gündən sonra İbrahim bəyə ailəsinə zəng etməyə icazə veriblər».

Qardaşının dediyinə görə, İbrahim Savalan hazırda ETTELAAT-ın Ərdəbil bölməsində saxlanılır. Amma onun nədə ittiham olunduğu barədə ailə üzvlərinə də hər hansı məlumat verilmir.

Yazıçı, jurnalist, türk dilini tədris edən İbrahim Savalan bundan öncə də dövlət əleyhinə təbliğat, pantürkizm, qanunsuz aksiyalarda iş‏tirak ittihamları ilə dəfələrlə həbs olunub.

Şərhləri göstər

XS
SM
MD
LG