Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Qırğızıstanın Oş şəhərində komendant saatı uzadılıb


Qırğızıstandakı müvəqqəti hökumət Oş şəhəri və ətraf qəsəbələrdə komendant saatını iyunun 25-dək uzadıb.

İyunun 11-də tətbiq edilmiş komendant saatı bu gün sona yetirdi.

Yerli özbəklər qırğızların hücumlarından qorunmaq üçün yaşadıqları məhəllələrdə barrikadalar qurublar.

Oşun qubernatoru Melisbek Mirzakmatov bu barrikadaların götürülməsinə bu gün axşamadək vaxt qoyulduğunu deyir.

O bildirib ki, əks halda güc tətbiq ediləcək.

Rəsmilər hesab edir ki, Qırğızıstanın cənubunda baş verən etnik toqquşmalarda ölənlərin sayı 2 minə yaxın ola bilər.

Bu toqquşmalar nəticəsində təxminən 300 min yerli özbək ev-eşiyini tərk eləməli olub.

Onların təxminən 100 mini Özbəkistanın sərhəd bölkəsindəki qaçqın düşərgəsində məsgunlaşdırılıb.

ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk dünən Bişkekdə müvəqqəti hökumətin lideri Roza Otunbayeva ilə görüşüb.

O görüşdən sonra bildirib ki, ölkə liderləri baş vermiş zorakılıqlarla bağlı istintaq aparılacağını vəd ediblər.

Bleyk həmçinin baş verənlərlə bağlı beynəlxalq istintaq aparmağa çağırıb.
XS
SM
MD
LG