Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:27

Rüfət Əhmədzadə “Sevgipatologiya” (Esse)


İşə başladıq:

Dünən, bir xanım oxucum-dostum ilə “Facebook”da söhbətləşərkən, onun şəxsi işlərinin necə olduğunu soruşdum.

Cavab müsbət olmadı. Ucundan-bucağından öz problemlərini danışdı. “Danışdı” deyəndə ki...

Tam olaraq heç nə anlamadım. Nə qədər çalışsam da, təsəvvürümün formalaşması xatirinə dəqiq sözlər ala bilmədim ondan.

Amma, gizlətmirdi də. Sadəcə, çox çıxılmaz bir durumda hiss edirdi özünü.

Və çox güman ki, onun oxucu zövqünü oxşayan bir yazar kimi (dostlaşmamıza da elə yazarlığım səbəb olub - etibar etdiyi üçün minnətdaram) məsləhətlərimi bilmək istəyirdi. Təbii ki, yardım istəyi qarşılıqlı idi.

Lakin, az məlumatlı olduğum üçün, ondan fikirlərini məktub şəklində yazıb mənə yollamasını xahiş etdim.

Məktub yazıldı, göndərildi, alındı... Və mən onu diqqətlə oxudum.

Oxuduqca da, bədənimdən qəribə giziltilər keçdi. Mən özümün uğursuz məhəbbət macəramı oxuyurdum elə bil!

Tam olmasa da, “faciə”min başlanğıcını xatırladan bəzi məqamlar var idi bu məktubda. Bir anlıq, keçmişimə qayıtdım.

Özümün və keçmiş sevgilimin buraxdığı səhvlər gəldi gözlərimin önünə. Artıq, önəmli deyil, kimin səhvi çox oldu və ya ayrılığa səbəbkar kim oldu... Önəmli olan odur ki, bu səhvlərin özgələri tərəfindən təkrarlanmasını qətiyyən istəmirəm.

Çünki, mən ayılmışam. Bəlkə də, yenə də qarşılıqsız...

...Və iki insan arasında olan hissləri xilas etmək varkən, ayrılmaq və ya “kəsib atmaq” kimi sərsəm və düşünülməmiş addımlardan daşındırmaq arzusundayam – həmin oxucumu, onun sevgilisini və bu yazını oxuyacaq digər sevən gəncləri.

Baxın, əziz dostlarım, bir dili tərpətməklə “ayrılaq” demək asandır. Qətiyyət göstərib, ayrılığa dözmək də olar. Mənim də bacarmadığım dözümə sahib olmaq...

...Adamı yandıran bilirsiniz nədir? Ən qibtəediləcək güc bağışlamaq və barışmaq böyüklüyü ikən, biz özümüzə tələm-tələsik və başdansovdu qərarlarla təsəlli verir və bununla da “qalib” oluruq.

Əslində isə, özümüzü aldadırıq. Özümüzün və sevdiyimiz insanların da taleyinə iri bir “sual” işarəsi yazırıq. Sonradan olacaqlar barədə düşünmürük və ya düşünmək istəmirik.

“Ya qismət!” sözü isə, məncə, hadisələrin hücumuna (özgələrin aktına) təslim olan və heç bir cəhd göstərməyən YAZIQlara xasdır.

Mən o insanlara rəğbət bəsləyirəm ki, hətta, ölümünə bir neçə ay qaldığını bildikdə belə, öz həyat mübarizəsindən çəkilmir. Nəinki, təslim olur, hətta, gücü çatdığı qədər daha da intensiv bir şəkildə mübariz həyat sürür.

Zamanını mənalı və faydalı keçirməyə cəhd edir. Bəli, bəli, cəhd edir! Heç nəyi dəyişə bilməsə belə, özü öz ruhunda dəyişikliklər edir. Elə, ən önəmli olan da, budur məncə!

... Bu səbəbdən, mən də tərcüməçilikdən yazarlığa keçdim.

Gücüm çox şeyə çatmasa da, fikirlərimi yazmağa və bədiiləşdirməyə yetdi. İndiyədək, heç nəyi dəyişə bilməsəm belə - kiçik cəhdlər etdim. Və hələ də edirəm.

Ən azından, tənhalıqda “vicdan məhkəməsi” ilə üz-üzə qalarkən, müdafiə üçün 1-2 dəlilim olur. Və belə, özümü əsl FÖVQƏLİNSAN kimi hiss edirəm! Taleyin əzdiyi cavan bir yazar...

İşin içində:

Xanım yazır ki, o oğlanla il yarıma qədər olar tanışdır. Amma, sevmədiyini dəfələrlə iddia edir. Guya bağlanıbmış... Və dəfələrlə də, özünü təkzib edir.

Sanki, onu narahat edən problemi nəql edib, məsləhət istədiyi insanı da aldatmağa çalışırmış! Sanki, mənə tanış deyilmiş belə paradokslar.

Maraqlıdır ki, onun məsləhət aldığı ilk adam mən deyiləm. Və çox güman ki, onun “sevməmək” iddialarına inanmayan da. Amma, nədənsə, bu qızı “səhv” çıxarmağa kimsə cəhd və ya cəsarət etməyib – mənə qədər.

Heç, mən də cəhd etmirəm. Sadəcə, çalışacam problemə obyektiv yanaşım – buna cəsarətim çatır.

Baxmayaraq ki, qəhrəmanlardan heç birini əməlli-başlı tanımıram. Xüsusən də, oğlanı. Qızın yazdıqlarından, hardasa səmimi məqamları sezə bildim.

O özü bundan çəkinsə belə. Yəqin ki, qürurun kibrləşməsindəndir.

Demək, bu qız bu oğlana çox bağlanıb. Və oğlanın sevgisinə inandıqca, ona müəyyən hissləri də yaranıb. “Müəyyən” deyəndə ki, mən bunun sevgi olduğuna tamamilə əminəm. Sadəcə, o qız doğrudan da nə istədiyini bilmir hələ.

Deyəsən, “ayrılıq” adlı zəhrimarı hələ dadmayıb necə lazımdır. Amma, hiss edir... Və həyəcanlanır. Yoxsa, niyə məsləhət istəyidi ki!?

“Bu sevgi deyil. Mən onun özünə də demişdim ki, bu sevgi deyil. Danışmışdıq ki, zamanla bu onun səyi nəticəsində yarana bilər... Mən sevgiyə inanmıram. Çox şübhəçi insanam... Təzə-təzə isnişməyə başlamışam ki, o məndən uzaqlaşmağa başlayır. Mən yumşaldığım halda, o daha da əsəbi olub...”

Təbii ki, təbəssümün yeri var! Əgər inanmırsansa...

Bir çıxarış daha və əsas məsələyə keçək

“Mən onu çox incitmişəm. Təbii ki, qarşımda əriməsini istəyirdim. Amma, indi tamam başqa olub. Özünə güvənimi yaranıb, ya nə?...”

Təsəvvür yarandımı? Yaranmadısa, mənim təsəvvürümdə yaranan hekayəni nəql edim. Çünki, tanış “söhbət”dir.

Demək, bunlar tanış olub. Qız oğlanı tanımayıb, sınayıb... Təbii ki, qürur çərçivəsində özünü sındırmayıb – qərəzim yoxdur. Amma, ardınca mənim oxucum nə edib? Oğlanın iradəsini sındırmağa çalışıb.

Bununla onun sevgisini yoxlayacaqmış. Və yaxud, əsəblərinin möhkəmliyini.

Baxmayaraq ki, bu xanım özünütəsvirlə mənim ən çox zəhləm gedən birini xatırladır, yenə də eyni diqqət və həssaslıqla, məsələnin dərininə gedirəm.

Hisslərinə çox güvənirmiş. Hissləri onu indiyədək aldatmayıbmış. Əvvəl oğlanda sevgi hiss edirmiş, amma, indi hiss etmir. Narahatadır. Deyədən oğkan da artıq soyuyub və deyəsən, rahatlıqla ayrıla bilər...

Əgər, xanımın içində sevgi yoxsa... Bəlkə, onu tamam başqa məsələ narahat edir? Məğlub olmaq qorxusu!? Hə!?

Sevən insanlar arasında ən məngənəli məsələ deyim nədir?

- “Kim birinci kəsib atdı”. Bəlkə, elə bu amildir xanımı “mandraj”a salan? Hət halda, ən yaxşısını özü bilər və ən uyğun olan addımı atar. Mənə maraqlı olan sevginin olmasıdır. Elə ona görə də, bu prizmadan yanaşıram mövzuya...

...Əlbəttə ki, çox maraqlı məqam var - fağır birisinin həyasız bir dəliyə çevrilməsi. Görəsən, oğlan niyə belə oldu? Başına at təpdi, yoxsa, “Akkord”un yük maşını?

Bir anlıq, sizin əsəbləri ilə oynadığınız və iradəsini sındırdığınız birisinin 1 ildən sonrakı durumunu izah edin. Məgər, başqa cürə ola bilərdi? Heç, onun ayaqlarına sərilmək də çıxış yolu deyil.

Siz təslim olub, sevginin dadını çıxarmağa çalışsanız belə, artıq, onun tanıdığı kəs olamyacaqsınız. Və bir anda, onun psixikası korlanacaq. Çünki, yanaşma tərzini ilk vaxtlardan müəyyən etmək ona çətin olacaq.

Sadəcə, zaman! Bəli, zaman! Ayrılmağa yox.

Barışmağa gərəkən zaman! Amma, mənim oxucum çətinə düşən ki, hey “ayrılaq” deyir.

Dili öyrəşib. Məsuliyyətsizlikdir! Əminəm ki, çox oxucum bu sözdən istifadə edib, edir və çox güman ki, əzabsı ötüşmür.

Və bir də ki... Üçüncü tərəfdən obyektiv müdaxilə.

Üçüncü şəxs olmasa belə, mənim fikirlərimi sınaqdan keçirmək naminə, xanım tərəfi öz qürurunu (əslində, təkəbbürünü) bir kənara qoyub, onunla səmimi danışa bilər. Qəzəbsiz, tikansız... Necə ki, başqalarına açır fikirlərini.

Təbii ki, oğlan tərəfdən münasibətin nə dərəcədə ciddi olduğunu isə, yalnız onun özü bilər. Demək, biz (mən və oxucum) öz vicdanımıza düşəni edib, son sözü oğlanın vicdanına verməliyik.

“Müdaxilə”nin məğzi və ya məzmunu nədən ibarət olmalı? Suallarlamı və ya etiraflarla? Bəlkə, sadəcə bir təkliflə?

Yekunlaşdıraq:

Birbaşa, oxucuma müraciət edirəm:

Çalış ki, onunla sakit və səmimi söhbət şəraitinə nail olasan. Mənə yazdığın məqamları ona da izah edəsən. Və təbii ki, əgər, onu sevir və itirmək istəmirsənsə... Əminəm ki, belədir! O zaman, sən öz vicdanına düşəni etməlisən. Onu fakt qarşısında “lal” qoymaq üçün. Və bir də unutmayasan:

KİMSƏ KİMİNSƏ İRADƏSİNİ SINDIRMAMALIDIR. TƏKƏBBÜR VƏ TƏRƏDDÜDDƏN XİLAS EDİB BÜTÖVLƏŞƏN BİR İRADƏ GƏRƏKİR. AYRILMAQ ÜÇÜN DEYİL!

KİMSƏ KİMİSƏ TABE ETMƏMƏLİDİR. HƏR KƏS ÖZ VİCDANINA TABE OLSUN. ALDATMAQ ÜÇÜN DEYİL!

Belə bir söhbət aça bilərsən:

“Mən anlayıram ki, bu bir ildən çox müddətdə səni çox incitmişəm.

Və sənin də əsəblərin xeyli pozulub. Münasibətlərimiz təzəlikcə düzəlməyə doğru gedir, təbii ki, artıq söz-söhbət olmasa.

Bu isə, yenə də sənin əlindədir. Necə ki, uzun müddət istədiyinə nail olmaq üçün hər nazıma dözmüsən. Lakin, səndən nəyəsə dözməyi tələb etmirəm. İstədiyim sadəcə özlüyündə qərar verməkdir.

Əgər, həqiqətən də münasibətlərimizin uğurla davam etməsini istəyirsənsə, aqressiyanın azalması gərəkir.

Buna da vaxt lazımdır. Çalışaq ki, kimsə kiməsə təzyiq etməmək şərti ilə və qarşılıqlı səylərlə münasibətlərimizi tənzimləyək və əsəblərimiz də balansa düşsün.”


Təbii ki, bu çox çətin olacaq. Bəlkə də, qeyri-mümkün.

Amma, sadəcə bir cəhd! Və sadəcə, danışmaq – soyuq başla! Yersiz mübahisələrə, müqavimətlər, söz kəsmək və adətən, söz tapa bilməyəndə köməyimizə çatan “of-uf” kimi emosiya bildirişləri olmadan.

Bu “terapiya”nın davamı isə, təbii ki, nisbətən soyuq münasibətlərlə olmalıdır. Məni düz anlamaq gərəkir. “Soyuq” deyəndə soyuq və ya kobud ünsiyyət tərzini nəzərdə tutmuram.

Ümumiyyətlə, mümkün qədər az görüşmək və danışmaq bir müddətdə. Danışanda belə, bir-birinə güzəştə getmək. Sadəcə, bir aylıq razılaşma da ola bilər aranızda.

O əsəbi olubsa, sən daha da səbrli olmalısan. Hətta, hər dəqiqədə “ay can!” deməsən belə! Səndən sınmağını istəmirəm. Sadəcə, bir “balans” nümayişi. Onu da, səbrli danışıq üsulu ilə vadar etməlisən.

Və ikiniz də, eyni vaxtda düşünməlisiniz: “Bəlkə, qarşı tərəf haradasa haqlıdır?”

Bilmirəm, nə dərəcədə bu kömək edəcək, amma, məncə, bir kəlmə ilə “kəsib atmaq”dan “yapışdırmaq” üsulu daha ürəkaçandır. Ən azından, gələcəkdə vicdan əzabı çəkməməməyin naminə.

Necə ki, bəziləri indi əzab çəkirlər.

O oğlandan ayrıla da bilərsən, iradəsini daha da sındırıb, əsəblərini daha da korlayıb, daha da bərbad bir duruma sala bilərsən.

Əzizlərindən belə küsdürüb Vətənindən köçməyə də vadar edərsən, gecələr yuxusuna da girərsən, yeni həyatına başlamaq yolunda bir maneəyə də çevrilərsən, onu çaşqın və azğın bir həyata da sürükləyərsən...

...Və Allah göstərməsin, bir gün, onun haqqında belə xəbər alarsan:

O, SON AYLARINI YAZARLIQLA KEÇİRMƏKDƏDİR!

Və bəziləri də, məhz sənin kimi, sədaqətli oxucuya çevrilib, onun yazdıqlarını oxuyarlar. O da, duyğusal problemi olanlara məsləhətlər verər... Eynən, mənim kimi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG