Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:37

ABŞ rəsmisi özbək qaçqınların geri dönməsinə şərait yaratmağa çağırıb


ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Qırğızıstanın hakim dairələrini ölkənin cənubundan qaçqın düşmüş etnik özbəklərin təhlükəsiz geri dönməsinə şərait yaratmağa çağırıb.

ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Qırğızıstanın hakim dairələrini ölkənin cənubundan qaçqın düşmüş etnik özbəklərin təhlükəsiz geri dönməsinə şərait yaratmağa çağırıb.

Bleyk bu gün Bişkekdə müvəqqəti hökumətin lideri Roza Otunbayeva ilə görüşüb.

O görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, ölkə liderləri 190-dan çox adamın ölümüylə nəticələnmiş zorakılıqlarla bağlı istintaq aparılacağını vəd ediblər.

Robert Bleyk həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Qırğızıstana 32 milyon dollardan çox yardım ayıracaq.

ABŞ dövlət katibi Hillari Klinton isə bildirib ki, bu zorakılıqlara görə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevi günahlandırmaq olar.

Hillar Klintonun Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatdında deyilir ki, Bakiyev bir neçə ay bundan əvəl hakimiyyətdən uzaqlaşdırılsa da onun tərəfdarları hələ də qəti olaraq ötəri hökumətə qarşıdılar.



XS
SM
MD
LG