Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

Həlak olan Azərbaycan əsgərinin adı açıqlanıb


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada həlak olan Azərbaycan əsgəri Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Mübariz Ağakərim oğlu İbrahimovdur.

Məlumatı APA agentliyi yayıb.

Əsgər cümə gününə keçən gecə Tərtər rayonunun Borsunlu kəndi istiqamətində ermənilərin hücumunu dəf edərkən həlak olub.

Məlumatlara görə əsgərin meyiti təmas xəttinin ermənilərin nəzarətində olan hissəsində qalıb.
XS
SM
MD
LG