Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Azərbaycanın Müdafiə Nazirliyi cəbhə xəttində atışmanı təsdiqləyib


Azərbaycanın Müdafiə Nazirliyi qoşunların təmas xəttində atışma baş verməsini təsdiqləyib.

Nazirliyin mətbuat xidməti həqiqətən də gecə saat 12 radələrində Tərtərin Çaylı kəndi istiqamətində atışma olduğunu və döyüşün xeyli davam etdiyini bildirib.

Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, əslində Ermənistan tərəfi bu döyüşdə göstərdiyindən daha çox itki verib.

O qeyd edib ki, Ermənistan münaqişənin həlliylə bağlı danışıqlar prosesi və yeniləşmiş Madrid prinsiplərindən qaçmaq üçün atəşkəs rejimini pozur və bu yanlız onların növbəti təxribatı kimi qiymətləndirilməlidir.

Ermənistan mətbuatı bundan əvvəl atışmada 4 erməni əsgərinin öldüyünü , 4-nün isə yaralandığını xəbər vermişdi.

Ermənistanın Müdafiə Nazirliyi həmçinin bu atışmada 1 Azərbaycan əsgərinin öldüyünü və meyitin erməni birləşmələrinin nəzarətində olan ərazidə qaldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG