Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello deyib ki, komandasının gözlənilən oyun göstərə bilməməsini izah edə bilmir.

O, Əlcəzairlə heç-heçədən (0:0) sonra hələlik komandasında ruh yüksəkliyi görmədiyini bildirib.

C qrupunda mübarizə aparan İngiltərə yığmasının hazırda 2 xalı var. Növbəti mərhələyə keçmək üçün komanda mütləq Sloveniya yığmasını məğlub etməlidir.

Eyni qrupda yarışan Sloveniya ABŞ millisiylə heç-heçədən (2:2) sonra 4 xalla qrupa liderlik edir.

Həmçinin, növbəti mərhələyə çıxa bilmək üçün ABŞ millisi növbəti oyunda Əlcəzairi məğlub etməlidir.
XS
SM
MD
LG