Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:51

Ermənistan tərəfi atışmada 4 erməni əsgırinin həlak olduğunu deyir


Ötən gün cəbhə bölgəsində qoşunların təmas xəttində atışma olduğu xəbər verilir.

APA agentliyinin Ermənistan mətbuatına istinadla atışmanın iyunun 18-də saat 23.30 radələrində Tərtərin Çaylı kəndi istiqamətində baş verdiyini xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb.

Müdafiə Nazirliyi həmçinin 1 Azərbaycan əsgərinin öldüyünü və meyitin erməni birləşmələrinin nəzarətində olan ərazidə qaldığını xəbər verir.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik məlumata münasibət bildirməyib.
XS
SM
MD
LG