Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

ABŞ və BMT müxalifət liderini azad etməyə çağırıblar


BMT-nin baş katibi Ban Kİ Munla ABŞ prezidenti Barak Obama yenidən Myanmadakı hərbi hakimiyyəti müxalifət lideri Aun San Su Çini azad etməyə çağırıblar.

Liderlər belə bir bəyanatla Nobel sülh mükafatı laeruatı Su Çinin doğum günü, 65 illiyi münasibətilə çıxış ediblər.

Aun Can Su Çju son 21 ilin 15 ilini ev dustağı şəraitində keçirib.

Onun rəhbərlik etdiyi demokratiya uğrunda milli liqa 1990-cı ildə parlament seçkilərində qalib gəlsə də hakim rejim bu partiyanın hakimiyyətə gəlməsinə imkan verməyib.

Birləşmiş Ştatlar insan haqlarını pozduğuna görə Myanmaya qarşı sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG