Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:52

BP Oil İnternational LTD Azərbaycanda fəaliyyətini dayandırır


“BP Oil International Ltd” qurumu Azərbaycanda fəaliyyətini dayandırır.

“BP-Azerbaijan”-dan verilən məlumata görə, bu qurum Azərbaycanda neft məhsullarının alğı-satqısı ilə məşğul olmaq üçün yaradılsa da indiyədək aktiv fəaliyyətlə məşğul olmayıb.

Fəaliyyəti lüzumsuz hesab olunduğundan “BP Oil International Ltd” nümayəndəliyin bağlanması barədə qərar qəbul edib.

“BP-Azerbaijan”-dan verilən məlumata görə sözügedən nümayəndəliyin BP-nin Azərbaycandakı fəaliyyəti və iştirak etdiyi layihələrlə heç bir əlaqəsi yoxdur.
XS
SM
MD
LG