Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

Kapello komandasından oyun gözləyir


İngiltərə yığmasının məşqçisi Fabio Kapello deyib ki, komandasının gözlənilən oyun göstərə bilməməsini izah edə bilmir.

O Əlcəzairlə 0:0, heç-heçədən sonra hələlik komandasında ruh yüksəkliyi görmədiyini, amma seçmə oyunlardakı formanın gələcəyinə ümidlə yanaşdığını bildirib.

C qrupunda mübarizə aparan İngiltərə yığmasının hazırda 2 xalı var.

Növbəti mərhələyə keçə bilmək üçün komanda mütləq Sloveniya yığmasını məğlub eləməlidir.

Eyni qrupda yarışan Sloveniya cümə günü ABŞ millisiylə 2:2 , heç-heçədən sonra 4 xallaq qrupa liderlik edir.

Həmçinin növbəti mərhələyə çıxa bilmək üçün ABŞ millisi növbəti oyunda Əlcəzairi məğlub eləməlidir.

D qrupunda yarışan Serbiya millisi isə dünən Almaniya yığmasını 1:0 hesabı ilə məğlub elədi.

Həmçinin Serbiya növbəti mərhələyə keçə bilmək üçün mütləq gələn oyun Avstraliyanı məğlub eləməlidir.

Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da Niderland-Yaponiya, 19:00-da Qana-Avstraliya, 20:30-da isə Kamerun və Danimarka yığmaları meydana çıxacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG