Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

Qırğızıstanın cənubunda nisbi sakitlikdir


Qırğızıstanın cənubunda hazırda nisbi sakitlikdir.

Amma hakim dairələr hələlik iyunun 20-dək tətbiq edilmiş komendant saatını ləğv etmək fikrində deyil.

Bu barədə AzadlıqRadiosuna Calalabad vilayətinin komendantı Kubatbek Baybolov məlumat verib.

BMT-nin baş katibi Nam Ki Mun beynəlxalq aləmi Qırğızıstana 71 milyon dollar yardım ayırmağa çağırıb.

BMT-nin məlumatına görə Qırğızıstanın cənubundakı iğtişaşlara görə ümumilkdə 300 minə yaxın etnik özbək qaçqın düşüb.

Onların təxminən 100 mini Özbəkistanın sərhəd bölgəsində Əndican regionuna keçib.

Rəsmi məlumatlara görə ümumilikdə iyunun 10-dan bu yana baş verən toqquşmalarda 192 adam ölüb.

Amma Qırğızıstandakı ötəri hökumətin lideri Roza Otunbayeva bildirib ki, ölənlər bundan 10 dəfə çox ola bilər.
XS
SM
MD
LG