Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:10

Qırğız-özbək nəsli tükənməkdə olan quş növüdürmü?


Qırğız, özbək nədir? Eşik qapısının cəftəsimi?
Qırğız, özbək nədir? Eşik qapısının cəftəsimi?
Hakkari vilayətinin Şəmdinli qəsəbəsində mina partladı. İki əsgər şəhid oldu. Terrorçular Tunceli və Ərzincan vilayətlərində yolu kəsdilər.

Osmaniyyə vilayətinə raket atıldı. Balkonda oturan 47 günün gəlini həlak oldu.

İskəndərun dəniz bazasına təcavüz edildi. Qonşumuz İsraildən Şırnak vilayətinə top atəşləri açıldı. Siirt vilayətində mikroavtobus havaya uçuruldu...

Bu arada Qırğızıstanda soydaşlarımız bir-birinin qırtlağına çöküblər. Qırğızlar özbəkləri doğrayır, özbəklər qırğızları deşir, küçələr meyitlə doludur. Tamamilə bir insanlıq dramı yaşanır. Mən deyim 200 ölən var, siz deyin 1200 ölən.

Hökumətimizin cınqırı da çıxmır.

Maraqlıdır: «İnsanlıq adına» «Həmas»a, İrana vəkillik edənlər haradadır?

Onlar insandır. Bəs bunlar?

Bərzani qardaşınızdır. Qırğız, özbək nədir? Eşik qapısının cəftəsimi?

«Eyni ailədənik» deyə, «Əl-Fətih»lə «Həmas»ın arasını düzəltməyə çalışanlar qırğızlarla özbəkləri niyə barışdırmır?

Qərb istədi deyə, «sülh missiyası» adı altında balalarımızı Əfqanıstana, Livana qarovula göndərənlər niyə susurlar?

İsrailə qarşı çıxmağı bilirik.

Cüdoçu Putindən qorxuruqmu?

Demirəm ki, əsgər göndərək. İki kəlmə sözə nə gəlib? Niyə BMT-nin iclasını çağırmırıq?

Əslində haqlısınız. Ölkədəki seçkidə səsi kara gələn qədər qırğız və özbək vətəndaşımız yoxdur.

Ancaq sizə nə?

BMT Təhlükəsizlik Şurasının üzvüsünüz, o baxımdan deyirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG