Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:11

«Ramiz Mehdiyev gecikib»


Etibar Əliyev
Etibar Əliyev
«Ramiz Mehdiyevin təhsil sistemini tənqid etməsi gecikmiş etirafdır. Geridə itirilmiş illər qalır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində təhsil üzrə ekspert Etibar Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda ali təhsilin vəziyyəti barədə tənqidi çıxışını şərh edərkən deyib. Etibar Əliyev bildirib ki, Azərbaycan təhsil sisteminin ciddi problemləri var:

«Azərbaycanda müəllimlərin maaşı ABŞ-dakından 25 dəfə, Tunisdən 20 dəfə, Türkiyədəkindən 10 dəfə azdır. Buna görə də müəllimlər başqa yollara əl atırlar. Bəziləri başqa yerlərdə işləyirlər, ali məktəblərə isə ikinci iş yeri kimi yanaşırlar».

Ramiz Mehdiyev öz çıxışında deyir ki, Azərbaycanda kadr potensialı qocalır və onları əvəzləyəcək yüksək potensiallı kadr problemdir.

Etibar Əliyev isə hesab edir ki, bu, süni qocalmadır:

«Həmin müəllimi əvəz edəcək gənc yoxdursa, deməli, həmin müəllimin yerini tutmamaq üçün gənci qəsdən yetişdirməyiblər».

Ekspert deyib ki, Azərbaycan təhsili Sovet libasını hələ atmayıb:

Lalə Abbasova
«Müstəqillikdən təqribən 20 il keçsə də, ali məktəblərin yataqxanası, laboratoriyası yoxdur…».

Digər ekspert Şahlar Əsgərov da müəllimlərin azaldığını təsdiqləyib:

«Azərbaycanda təhsil tərsinə gedir. 10 min il bundan əvvəlki təhsil səviyyəsinə doğru gedirik».

Deputat Lalə Abbasova isə deyib ki, kadr sistemi düz tənzimlənməyib:

«Xaricdə təhsil alanları qaytarmaq üçün stimul lazımdır».

Deputat deyib ki, təhsil islahatlarında Azərbaycan 10 il itirib.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG