Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

Polis «Azadlıq» blokuna xəbərdarlıq etdi


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Bakı Şəhər Baş Polis İdarəsi «Azadlıq» blokunun iyunun 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

F,Qəhrəmanlı mitinqlə bağlı iyunun 18-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və «Azadlıq» blokunun planlaşdırdığı icazəsiz aksiya müzakirə olunub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədiyindən onların keçirmək istədiyi aksiya qanunsuzdur və polis bunun qarşısını alacaq. «Azadlıq» blokuna mitinqi meriyanın icazə verdiyi meydanlardan birində keçirmək təklif edilib.

Fuad Qəhrəmanlı deyir ki, o, hüquq-mühafizə orqanlarının bu təklifilə razılaşmayıb və blokun iyunun 19-da Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirəcəklərini bildirib.

«Azadlıq» bloku sərbəst toplaşma, azad seçki və bir sıra sosial tələblərlə aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

İcra hakimiyyəti bloka aksiyanı şəhərin kənarında bir neçə yerdə keçirməyi məsləhət görüb. Blok isə meriyanın göstərdiyi ünvanlarda aksiya keçirməkdən imtina ediblər.

Mayın 15-dən başlayaraq müxalifət partiyaları Bakının mərkəzində bir neçə dəfə razılaşdırılmamış aksiya keçirməyə cəhd ediblər. Amma hər dəfə polis bunun qarşısını alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG