Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

Qırğızıstanda ölənlərin sayı göstərildiyindən 10 dəfə çox ola bilər


Birləşmiş Ştatların Orta Asiya üzrə nümayəndəsi Qırğızıstanda baş verən zorakılıqlarla bağlı müstəqil istintaq aparmağa çağırıb.

Dövlət katibinin köməkçisi Robert Bleyk bu gün Özbəkistanın sərhəd bölgəsində yerləşən Əndican regionuna gedib.

Hazırda Əndicanda Qırğızıstandan gəlmiş 100 mindək qaçqın yerləşdirilib.

Qırğızıstandakı müvəqqəti hökumətin lideri Roza Otunbayeva iyunun 10-dan başlayan toqquşmalardan bu yana ilk dəfə olaraq bu gün ölkənin cənubundakı

Oş şəhərinə gedib.

O iğtişaşlar zamanı şəhərdə dağıdılmış bütün tikililərin bərpa olunacağını vəd edib.

Roza Otunbayeva Rusiyanın Kommersant qəzetinə müsahibəsində bildirib ki, ölkənin cənubunda baş verən toqquşmalarda ölənlərin sayı rəsmi rəqəmdən 10 dəfə çox ola bilər.
Rəsmi məlumatlarda ölənlərin 192 nəfər ölduğu göstərilir.

İyunun 10-dan Qırğızıstanın cənubunda yerli qırğızlarla özbəklər arasında baş verən toqquşmalar zamanı 400 minədək özbək ev-eşiyini tərk etməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG