Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

Pərviz Cəbrayıl öndə


“Qanun” nəşrlər evi may ayında ən çox satılan kitablarının siyahısını müəyyənləşdirib.

Nəşrlər evindən Lent.az-a bildirilib ki, ayın ilk onluğuna düşən kitablar aşağıdakı ardıcıllıqdadır:

1. Pərviz ,“Yad dildə”

2. Sevinc Pərvanə, “Şəhər”

3. Günel Mövlud, “5 xL”

4. Aqşin Yenisey, “Cənnətdə terror aksiyası”

5. Filip Moro Defarj, “Geopolitikaya giriş”

6. Orxan Pamuk “Mənim adım qırmızı”

7. Rasim Qaraca “Əyri evin qadını”

8. Haruki Murakami “Zəlzələdən 5 gün sonra”

9. İlqar Fəhmi, “Bakı tarixindən kollaj”

10. Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan


Nəşriyyatın məlumatına görə, “Ən yeni ədəbiyyat” və “Ən yeni tərcümə” layihələri daha çox diqqət cəlb edib, həmin seriyalarda nəşr olunan kitablar daha çox satılıb.

“Yad dildə” 35 ədəd, “Şəhər” 29 ədəd “5Xl” 27 ədəd satılmaqla ilk üçlüyə çıxıb.

Aqşin Yeniseyin “Cənətdə terror aksiyası” kitabı aprel ayında 37 ədəd satılmaqla ayın lideri olmuşdu. Sevinc Pərvanənin “Şəhər” kitabı Mart ayında ən çox satılan kitab idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG