Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

Sarkisyan həmsədrlərlə görüşür


Ermənistan prezidenti Serj Sarkisyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərilə görüşəcək.

Bu barədə jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.

Onun sözlərinə görə, həmsədrlər iyulda regiona səfərə gələcək.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən üçtərəfli görüşə gəldikdə isə, Nalbandyan deyib ki, tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan prezidenti İlham Əliyev həmsədərlərlə dünən görüşüb.


XS
SM
MD
LG