Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Qazprom Belarusa xəbərdarlıq edib


Əgər Belarus Rusiyadan aldığı qaza görə olan borcunu tam ödəməsə, Qazprom bu ölkəyə verilən qazı gələn həftədən 85 faiz azaldacaq. Şirkətin icraçı direktoru Aleksey Millerin sözlərinə görə, qalan 15 faiz Belarusun qaz nəqli şəbəkəsini işlək vəziyyətdə saxlamaq məqsədilə veriləcək.

Rusiya prezidenti Dmitri Medvedyev də çərşənbə axşamı Minskə oxşar xəbərdarlıq ünvanlamışdı.

Qazpromun hesablamalarına görə, Belarusun borcu ilin sonuna qədər 500-600 milyon dollara çata bilər.

XS
SM
MD
LG