Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

Seçki Məcəlləsinə əlavə və dəyişiklər müzakirə olunacaq


Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçiriləcək iclasında Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
Təklif Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir qrup deputat tərəfindən daxil olub.

Seçki Məcəlləsinə əsasən iki əlavə və dəyişikliyin edilməsi təklif olunur. Bunlardan biri seçki müddətinin 75 gündən 60 günə qədər endirilməsi, ikincisi isə seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılmasının məcəllədən çıxarılması ilə bağlıdır. Təşviqat qruplarının qeydə alınması üçün ayrılan vaxtın da 10 gündən 7 günə qədər azaldılması təklif olunur.

2003-cü ildən Seçki Məcəlləsinə 10 dəfə əlavə və dəyişiklik edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG