Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

Qırğızıstandan 400 min özbək qaçqın düşüb


Qırğızıstanın cənubundakı iğtişaşlara görə 400 minə yaxın özbək qaçqın düşüb.

Bu barədə BMT xəbər verir.

Təşkilatın nümayəndəsi Elizabet Burs hazırda qonşu Özbəkistanda təxminən 75-100 min qaçqının sığınacaq tapdığını deyir.

İyunun 10-dan ölkənin cənubunda yerli qırğızlarla özbəklər arasında baş verən toqquşmalarda azı 187 nəfər ölüb, 2 minə yaxın adam isə yaralanıb.

Özbəkistan prezidenti İslam Kərimov BMT-nin baş katibi Ban Ki Munu təcili qaçqınlara yardım etməyə çağırıb.

Artıq BMT-nin qaçqınlar üzrə idarəsi Özbəkistanın Əndican şəhərinə iki təyyarə hümanitar yardım göndərib.

Həmçinin Birləşmiş Ştatlar Qırğızıstana 10 milyon dollardan artıq hümanitar yardım vəd edib.

Qırğızıstanın hakim dairələri son günlər gərginlik yaşanan Calalabad və Oş şəhərlərində hazırda nisbi sakitlik olduğunu xəbər verir.
XS
SM
MD
LG