Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Bakıdan Naxçıvana uçan təyyarə 6 saat yubanıb


Bu gün Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi 6 saat yubanıb.

Buna səbəb təyyarənin mühərrikində aşkar edilmiş texniki nasazlıq olub.

«Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli isə ANS PRESS-ə bildirib ki, reys əslində iyunun 16-sı saat 19.00-da həyata keçirilməli imiş.

Amma təyyarə həmin gün Bakıdan havaya qalxsa da, güclü tufana görə Naxçıvana enə bilməyib və geri dönüb.

Təyyarə bu gün səhər saatlarında yenidən uçuşa hazırlaşarkən mühərrikdə problem yaranıb.

Yaranmış texniki nasazlıq aradan qaldırılandan sonra, reys 6 saat gecikməylə həyata keçirilib.
XS
SM
MD
LG