Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54
Populyar mədəniyyət portalı - Kultaz.com fəaliyyətini bərpa edib.

Azadlıq Radiosunun "Oxu zalı"na açıqlamasında portalın yaradıcısı və rəhbəri Zahir Əzəmət deyib ki, son günlər ərzində bütün texniki və maddi problemləri yoluna qoyublar.

Təxminən 10 gün qabaq "Kultaz"ın bağlanmasının səbəblərindən danışan Zahir Əzəmnət deyib:

"Bizim portalın domeyni xaricdə yaşayan bir həmyerlimizin adınadır. Portal yaradılarkən domeynin 3 illik pulu ödənib. Adətən domeynin istifadə müddəti bitməyə yaxın bununla bağlı onun sahibinə xəbərdarlıq gəlir.

Bizim xeyli vaxtdır əlaqəmiz itmişdi və buna görə iyunun əvvəlində domeynin 3 illik istifadə müddəti bitəndə burada - Azərbaycanda xəbərdarlıqdan xəbərimiz olmayıb.

İndi həmyerlimizlə əlaqəni bərpa etmişik və domeynin istifadə müddəti uzadılıb".

Bundan başqa Z.Əzəmət deyib ki, bir müddət sonra - portalın işini dayandırmadan - milli domeynə keçməyi də planlaşdırırlar.

Portalın rəhbəri saytı yaradan mütəxəssisə də borclu olduqlarını, amma həmin şəxsin borcu problemsiz ertələdiyini və portalın maddi çətinliyini də bu yolla yoluna qoyulduğunu deyib.

"Mən əvvəl elə bildim ki, portalın bağlanması borcla bağlıdır, amma bu belə deyilmiş. Həmin adam bizim vəziyyətimizi başa düşdüyünü bildirib".

Günün bütün mövzuları

XS
SM
MD
LG