Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

31 dindara hökm oxundu


İyunun 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə təqsirləndirilən 31 dindara hökm oxunub.

Məhkəmənin hökmü ilə Asif Əmikişili, Rəşid Mustafayev 15 il, Emil Şıxəliyev 14 il, Mahir Allahverdiyev, Firdovsi Quliyev 13 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 12 il, İbadət Alazov, Teymur Axundov 11 il, Kamran İlyasov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 10 il, Ceyhun Əliyev, Zeynal Əkbərov, Mahir Abdullayev 9 il, Mehdi Kərimov, Tural Həsənov, Emin Cami 8 il, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 7 il, Ramil Fərzəliyev, Namiq Məmmədov 6 il, Elçin Canağayev 5 il, Vüqar Abdullayev, Arif İbrahimov, Fuad Mövsümov, Rəşad Mahmudov 4 il, Bəxtiyar Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dəstə üzvləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmaqda, terrorçuluğa cəhddə, qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etməkdə və həmin qurğuları hazırlamaqda, quldurluqda, silah qaçaqmalçılığında, qəsdən adam öldürməyə cəhddə, qanunsuz yolla avtomobil ələ keçirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, narkotik vasitələrdən istifadədə təqsirləndirilirdilər.
XS
SM
MD
LG