Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:25

İstanbul-Naxçıvan aviareysi açılıb


«Türk Hava Yolları» aviaşirkəti İstanbul-Naxçıvan marşrutu üzrə birbaşa sərnişin aviareysləri yerinə yetirməyə başlayıb.

«Türk Hava Yolları»nın Bakıdakı ofisindən verilən məlumata görə, Naxçıvandan İstanbula uçuşlar həfətənin III, IV, V və VII günləri «Boeing-737» tipli avialayneri ilə yerinə yetirilir. «Naxçıvandan İstanbula aviareys III, V və VII günləri saat 06:00-da, IV günlər isə saat 20:30-da həyata keçirilir. Naxçıvan-İstanbul-Naxçıvan marşrutu üzrə bir aviabiletin qiyməti təxminən 160 ABŞ dolları təşkil edir», - deyə şirkətin Bakı ofisindən bildirilib.

Sözügedən martşurt üzrə hərəkət edən təyyarə İstanbulun Sabiha Gökçen hava limanına enir. /APA/
XS
SM
MD
LG