Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

«Azərbaycan gənci ölkədən qaçmağa meyllidir»


«Azərbaycan gənci bu gün ölkədən qaçmağa meyllidir. Şəriət ona görə yayılıb ki, ölkədə ideoloji boşluq var. Öz fikrini ifadə edə bilməyən gənclik təbii ki ya dinə meyllənəcək, ya da ki başqa sahələrə. Hamı ölkədən qaçır, qaçmayanlar isə ya ailəyə, ya da dinə bağlı insanlardır».

Gənclər üçün «Alma» qəzetində çalışan Cavid Ramazanov «14-24»-ə ADAM sosioloji xidmətinin 2009-cu ildə gənclər arasında keçirdiyi sorğunun nəticələrinin müzakirəsində belə deyib.

DİN İNSANIN İNTİM İŞİDİR, AMMA...


Həmin sorğuya görə, Azərbaycan gəncləri arasında şəriət qanunvericiliyinin ölkədə tətbiq edilməsinin tərəfdarları artıb. Belə ki, tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunvericiliyinin tətbiqini respondentlərin 53% alqışlayır.

Cavid Ramazanovun fikrincə, din hər bir insanın intim işidir, amma müxtəlif ölkələrin öz təriqətlərini yayması gələcəkdə Azərbaycan üçün təhlükəli ola bilər.

BİRTƏRƏFLİ TƏBLİĞATIN FƏSADI

10 DEKABR
Gənclər Təşkilatının sədri, sosioloq Sənubər Həydərli düşünür ki, sorğunun bu cür nəticələnməsinə təsir edən bir amil də insanların televiziyalardan birtərəfli təbliğat görməsidir:

«Məsələn, Milli Məclisdə «Ailə haqqında qanun» qəbul olunanda deputat Musa Urud süni mayalanmanın inadla əleyhinə çıxırdı. Baxın, televiziya bunun yalnız bir tərəfi göstərildi – bu dinimizə ziddir. Amma heç kim demədi ki, bunun hansı yaxşı nəticələri olacaq, gənc ailələrin dağılmasının qarşısını necə ala bilər və sair».

«NƏTİCƏLƏRI BÜTÜN GƏNCLİYİN ADINDAN VERMƏYƏ ƏSAS YOXDUR»

ADAM sosioloji xidmətinin sorğusunda əsas məqsəd gənclərin sosial durumunu və ölkədəki ictimai-siyasi proseslərə baxışını öyrənmək olub.

Sorğu Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə 1000 nəfər arasında keçirilib.

5 ildir anketyor kimi çalışan Sənubər Heydərli deyir ki, bütünlükdə Azərbaycan gəncliyinin fikrini əhatə etmək üçün 1000 nəfər azdır:

«Bu sorğuda yönəldici suallar var və adlar çəkilir. Ona görə də sorğunun nəticələrini o qədər də tanımıram».

SEÇMƏLƏRİ DÜZGÜN APARSANIZ, NƏTİCƏ DÜZGÜN OLAR


ADAM sosioloji mərkəzindən Rüfət Qaragözlü: «Amerikada – 250 mln-dan çox əhalisi olan bir ölkədə də 1000 nəfər arasında sorğu keçirilir. Bəs bu zaman? Seçmələri düzgün aparsanız, hətta o 1000 nəfərin rəyi 250 mln-nun fikrini düzgün əks etdirə bilər. Azərbaycanda rəy sorğusu keçirmək çox ağırdır. İnsanların özlərini sərbəst hiss etməsi üçün sorğuları anonim keçiririk».

Gənclərin neçə faizi internetdən istifadə edir?


Ailədə kimin rolu daha yüksəkdir?


Gənclərin 50 faizi niyə heç bir tarixi şəxsiyyətə bənzəmək istəmir?


Qonaqlarımızın bu suallarla bağlı şərhlərini dinləmək istəyirsizsə, «14-24»-ü tam dinləyin.

Buna da bax:

XS
SM
MD
LG