Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

AB sərt maliyyə qaydaları təsdiq edəcək


Avropa Birliyi liderlərinin iyunun 17-də sərt maliyyə qaydalarını təsdiq edəcəyi gözlənilir.

Məqsəd Yunanıstanın maliyyə böhranının təkrarlanmasının qarşısını almaqdır.

Birliyin 27 ölkəsinin rəsmiləri Brüsseldə sammitə toplaşır.

Rəsmilər Yunanıstandan sonra İspaniyanın da eyni aqibəti yaşayacağından narahat idi, ancaq AB liderləri bir daha sammitdə İspaniya kimi borclanan ölkələrin probleminin müzakirə olunmayacağını deyib.

Bu günkü sammitdə İrana nüvə fəaliyyətinə görə yeni sanksiyaların təsdiqlənəcəyi də gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG