Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Kərzayi Yaponiyada danışıqlar aparır


Əfqanıstan prezidenti Yaponiya liderləri ilə görüşür. İyunun 16-dan Tokioda 5 günlük səfərdə olan Həmid Kərzayi ölkəsinin təhlükəsizlik vəziyyətinin və idarəçiliyin yüksəldilməsi üçün danışıqlar aparır.

Yaponiya Əfqanıstana qoşun göndərməsə də, Əfqanıstanın ən böyük donor ölkəsidir.

Ötən il Yaponiya Əfqanıstana beş il ərzində 5 milyard dollar yardım etməyə söz verib.

Ancaq rəsmilər bildirib ki, yardım beynəlxalq layihələrin həyata keçirilməsi üçün təhlükəsizlik vəziyyətinin yaxşılaşmasından asılıdır.

Yaponların pulu Əfqanıstanda yolların çəkilməsinə, Kabildə aeroport terminalının tikilməsinə və əfqan polislərin əmək haqlarının ödənilməsinə sərf edilib.
XS
SM
MD
LG