Keçid linkləri

Təcili xəbərlər

Memarlıq-İnşaat Universitetinə 3 milyon manat


Azərbaycan Memarlıq və İnşaat Universitetini
Azərbaycan Memarlıq və İnşaat Universitetini
Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazası möhkəmləndiriləcək.

Bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə isə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
XS
SM
MD
LG