Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

BP rəhbəri Amerika xalqından üzr istəyib


«British Petroleum» şirkəti Meksika körfəzində neft sızmasının vurduğu ziyana görə 20 milyard ödəməyə razılaşıb.

ABŞ prezidenti Ağ Evdə BP şirkətinin rəhbərini qəbul edərkən neft platformasında baş vermiş sızma, yaranmış ekoloji faciə müzakirə olunub.

BP-nin rəhbəri Karl Henrik Svanberq hadisəyə görə Amerika xalqından üzr istəyib. BP şirkəti qəza nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 20 milyard dollarlıq xüsusi fond yaratmağa razılıq verib.

Obamanın köməkçisi bildirib ki, Ağ Ev bütün «hüquqi mexanizmlərdən» istifadə edərək, BP-nin körfəz ştatlarını neftdən təmizləyəcəyini təmin edəcək.

Mütəxəssislərin hesablamasına görə gün ərzində körfəzə 60 min barrelədək neft axır.

Bu, Birləşmiş Ştatlar tarixində ən böyük ekoloji fəlakət hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG