Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşə bilər


Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda üçtərəfli görüş keçirilə bilər.

Bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı mərhələsi müzakirə olunacaq.

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 17-19-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Beynəlxalq İqtisadi Forumda iştirak etmək üçün Rusiyaya rəsmi səfərə yollanacaq. Üçtərəfli görüşün də elə həmin forum çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Prezidentlərin sonuncu üçtərəfli görüşü bu il yanvarın 25-də Soçi şəhərində baş tutmuşdu./ANS/
XS
SM
MD
LG