Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:52

Azərbaycanla Rusiya Xəzərdə birgə təlimlər keçirib


Azərbaycan Dövlət Sərhəd Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Xəzərdə birgə təlimlər keçirib.

Təlim məşqləri Xəzər hövzəsində terror və qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər qanuna zidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi məqsədilə keçirilib.

Üç mərhələdə keçirilən təlimlərə sərhəd mühavizə gəmiləri, iti sürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiya qüvvələri də cəlb edilib.
XS
SM
MD
LG